İldırım vurması nəticəsində 19 nəfər həyatını itirdi

Dünya

07.07.2024 06:00

Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində azı 19 nəfər ölüb, daha 7 nəfər yaralanıb.

TodayPress xəbər verir ki, şimşək çaxması ilə müşayiət olunan güclü yağış və tufan son 24 saat ərzində ştatın 10 rayonuna təsir edib.

Hesabatlarda ən çox itkilərin yağış zamanı tarlalarda işləyən və ağacların altına sığınan insanları ildırım vurması nəticəsində baş verdiyi bildirilir.

Hindistan Meteorologiya Departamenti növbəti 24 saat ərzində Biharın şimal, cənub-şərq və cənub-mərkəzi hissələrində şimşək çaxması ilə müşayiət olunan şiddətli yağışın olacağını proqnozlaşdıraraq, sarı xəbərdarlıq elan edib.

Qeyd edək ki, hər il musson mövsümünün başlaması ilə Hindistanda yüzlərlə insan ildırım vurması nəticəsində ölür.

Nəzrin Cavadzadə

tag: todaypress.az, Hindistan, Bihar, Meteorologiya, todaypress.az,