İlan 11 min insanı işıqsız qoydu
ABŞ-də transformator yarımstansiyasına girən ilan 11 min yerli sakinin işıqsız qalmasına səbəb olub.
TodayPress xəbər verir ki, bu barədə “NDTV” yazır.
Hadisə Virciniya ştatında baş verib. Transformator yarımstansiyasına gələn mütəxəssislər bildiriblər ki, qəzaya səbəb ilanın qadağan olunmuş əraziyə girərək avadanlıqları zədələməsi olub.
Bir neçə saatdan sonra enerji təchizatı bərpa olunub. Mütəxəssislər hadisəyə səbəb olan ilanın növünün müəyyən edə bilməyiblər.
Qeyd edək ki, daha əvvəl ABŞ-də dələlərə görə 10 min insan işıqsız qalmışdı. Onlar şəhərin yarımstansiyasına daxil olaraq elektrik enerjisini kəsmişdilər.
Günəş Mərd
tag: Virciniya , ABŞ, İlan, İşsiz İnsanlar,