İlan 10 minə yaxın insanı işıqsız qoydu

Dünya

13.05.2025 18:50

12

Şimali Karolinada ilan elektrik avadanlığına toxunduğu üçün təxminən 10 min insan işıqsız qalıb. 

TodayPress xəbər verir ki, hadisə “Duke Energy” şirkətinə məxsus yarımstansiyada baş verib.

İşıqlar Durham, Forsit və Qaston bölgələrində kəsilib və problem təxminən üç saat davam edib.

Şirkət hadisəni araşdırır, çünki obyektdə heyvanların daxil olmasının qarşısını almaq üçün xüsusi hasarlar mövcuddur.

Qeyd edək ki, ABŞ-də hər il 13 milyon insan heyvanlar səbəbindən baş verən enerji kəsintilərindən təsirlənir.

Türkan İsgəndərli

tag: Karolina,ABŞ,İlan,İşıq,todaypress.az,