İki tanker Kerç boğazında qəzaya uğradı
Dünya
15.12.2024 15:45
13 ekipaj üzvü olan "Volqoneft 212" yük gəmisi Kerç boğazı ərazisində qəzaya uğrayıb və kömək istəyib.
TodayPress xəbər verir ki, bu barədə "RİA" Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli departamentinə istinadən məlumat yayıb.
Bildirilib ki, Sankt-Peterburq limanında qeydiyyatda olan "Volqoneft 212" markalı mazut daşıyan gəmi qəzaya uğrayıb. Tankerin göyərtəsində təxminən 4300 ton mazut var. Onun yanına xilasedici gəmi göndərilib.
Kerç boğazında "Volqoneft 212" ilə yanaşı "Volqoneft 239" gəmisinin də qəza vəziyyətində olduğunu bildirilib. Məlumata görə, güclü dalğalar gəmiləri zədələyib.
Qeyd olunub ki, "Volqoneft 239" tankerinin 14 ekipaj üzvü var.
tag: Volqoneft 212,Kerç,Sankt-Peterburq,Volqoneft 239,todaypress.az,