İki minik avtomobili toqquşdu: Bələdiyyə sədri öldü

Dünya

19.06.2024 14:15

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının Aydınlar Bələdiyyəsinin sədri Tacettin Karamercan yol qəzasında ölüb.

TodayPress “Sabah”a istinadən xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində daha 10 nəfər yaralanıb. Xəsarət alanların 6-sı uşaqdır. Yaralananlar arasında sabiq bələdiyyə sədri Mehmet Arif Tusun da olub.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları və polislər cəlb olunub. T.Karamercan xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır

Nərmin Tuncay

tag: Avtomobil, Toqquşma, Tacettin Karamercan, Bələdiyyə sədri, todaypress.az,

photo