İki il ərzində 42 qadını öldürən şəxs həbs edildi

Dünya

17.07.2024 01:00

Kenyada polis iki il ərzində 42 qadını öldürdüyünü etiraf edən şəxsi həbs edib.

TodayPress xəbər verir ki, səlahiyyətlilərin sözlərinə görə, 33 yaşlı Kollins Cumaisi adlı şəxs 42 qadını aldadaraq öldürüb və cəsədlərini gizlədib.

Bu qadınlarda yalnız 9-nun cəsədi tapılıb.

Məlumata görə, cinayətlər 2022-ci ildən 2024-cü ilin 11 iyul tarixinədən olan vaxt aralığında törədilib.

Kenya polisi cəsədlərin "ciddi şəkildə parçalandığını, müxtəlif çürümə vəziyyətində olduğunu və çuvallara qoyulduğunu" açıqlayıb.

Nəzrin Cavadzadə

tag: todaypress.az, Kenya, Cinayət, Kollins Cumaisi, Qətl,