ICJ-nin prezidenti Livanın baş naziri təyin oluna bilər
Dünya
13.01.2025 19:55
Livanın baş naziri vəzifəsinə namizədliyi irəli sürülmüş Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) prezidenti Navaf Salam respublika prezidenti Cozef Aunun parlament fraksiyaları ilə keçirdiyi məsləhətləşmələr zamanı 128 deputatdan 63-nün dəstəyini qazanıb.
TodayPress, "TASS"a istinadən xəbər verir ki, bu barədə Baabda prezident sarayındakı mənbə məlumat verib.
“Navaf Salam kifayət qədər səs toplayıb və o, Livanın yeni hökumətinin başçısı vəzifəsinə təyin oluna bilər” mənbə bildirib. Onun sözlərinə görə, Salam sünni fraksiyalarından başqa iki əsas xristian blokunun dəstəyini təmin edib.
Töhfə Səməd
tag: Livan,Baş nazir ,Beynəlxalq Ədalət Məhkəməsi,Navaf Salam,Cozef Aun,todaypress.az,