ICJ-nin prezidenti Livanın baş naziri olmaq üçün istefa verdi

Dünya

15.01.2025 19:10

Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) elan edib ki, qurumun prezidenti, hakim Navaf Salam Livanın baş naziri təyin edildikdən sonra istefa verib.

TodayPress xəbər verir ki, bu barədə "Xinhua" məlumat yayıb. 

2024-cü ildə ICJ-nin sədrliyinə başlayan Salam məhkəmənin üzvü kimi vəzifəsini rəsmən tərk edib. Onun həm hakim, həm də məhkəmə prezidenti kimi səlahiyyət müddəti 2027-ci il fevralın 5-də başa çatacaqdı.

"Məhkəmənin Nizamnaməsinin 14-cü maddəsinə uyğun olaraq, Baş Assambleya və Təhlükəsizlik Şurası tərəfindən onun varisinin seçilməsi tarixini BMT Təhlükəsizlik Şurası təyin edəcək. Yeni seçilmiş hakim Salamın səlahiyyət müddətinin qalan hissəsini icra edəcək" deyə bildirilib. 

ICJ-ə qoşulmazdan əvvəl Salam 2007-ci ilin iyulundan 2017-ci ilin dekabrına qədər Nyu-Yorkda Livanın BMT-dəki səfiri və daimi nümayəndəsi vəzifələrində çalışıb.

İndi Livanın baş naziri vəzifəsini icra edən Salama ölkə üçün yeni hökumətin formalaşdırılması tapşırılıb. 

Töhfə Səməd

tag: Haaqa,Navaf Salam,Livan,Beynəlxalq Ədalət Məhkəməsi,todaypress.az,