İçərisində ruslar olan təyyarə vuruldu
Dünya
22.10.2024 01:56
Sudanda içərisində rusların
olduğu iddia edilən yük təyyarəsi vurulub.
TodayPress xəbər verir ki, bu barədə Rusiya səfirliyi məlumat yayıb.
Sudanın
qərbindəki Darfur bölgəsini ələ keçirən üsyançı Çevik Reaksiya Qüvvələri (RRF)
sosial şəbəkələrdə bildiriblər ki, ekipajında Rusiya vətəndaşlarının da
olduğu Sudanın İl-76 yük təyyarəsi əyalətdə vurulub.
Rusiya diplomatik
missiyası bildirib ki, ölkə diplomatları Sudan hakimiyyəti ilə əlaqə saxlayır
və bu insidentin baş vermə şəraitinin aydınlaşdırılması üçün bütün lazımi
tədbirləri görürlər.
Onlar həmçinin
qeyd ediblər ki, təyyarənin qəzaya uğradığı ərazinin döyüşlərin getdiyi
Darfurda olması vəziyyəti mürəkkəbləşdirir.
tag: Ukrayna, Rusiya, Sudan, Qəza, todaypress.az,