İçərisində 15 meyit olan yük maşını aşkar edildi: NARKOKARTELLƏR ARASINDA QARŞIDURMA

Dünya

02.07.2024 10:46

Meksikanın cənubundakı Çiapas ştatında narkokartellər arasında qarşıdurma yaşanıb. Nəticədə 20 nəfər ölüb.

TodayPress xəbər verir ki, Sinaloa kartelinin nümayəndələri ilə digər qrup arasında silahlı münaqişə iyunun 29-da Çiapas ştatının La Konkordiya bələdiyyəsində qeydə alınıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları içərisində 15 meyit olan yük maşını aşkar ediblər, digərlərinin cəsədi isə müxtəlif ərazilərdən tapılıb.

İlkin istintaq məlumatlarına görə, silahlı toqquşma Sinaloa karteli ilə Çiapas və Qvatemala kartelləri arasında sərhəd ərazisinə nəzarət üstündə baş verib.

Nərmin Tuncay

tag: Meyit, Meksika, Sinaloa, Çiapas, İstintaq, todaypress.az,