İbrahim Rəsul: “Persona non-qrata olmaq mənim üçün şərəfdir”
Cənubi Afrikanın ABŞ-dən qovulan səfiri İbrahim Rəsul vətəninə dönüb.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
O, persona non-qrata elan olunmasına görə peşman olmadığını bildirib.
“Doğru işi gördüyünə inandığını” və bu statusu ləyaqətlə daşıyacağını deyib.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio Rəsulu irqçilikdə və ABŞ prezidenti Donald Trampa nifrətdə ittiham edərək onun ölkədən çıxarılmasına qərar verib.
Türkan İsgəndərli
tag: Cənubi Afrika,Emrahim Rəsul,ABŞ, Marko Rubio,todaypress.az,