İbrahim Rəisinin qəza səbəbi açıqlandı
Dünya
02.09.2024 00:54
İranın helicopter qəzasında
ölən prezidenti İbrahim Rəisinin əsas ölüm səbəbi çətin hava şəraitinin olması
hesab olunub.
TodayPress xəbər verir ki, bu barədə İran Silahlı
Qüvvələri Baş Qərargahının hesabatında jurnalistlərə bildirilib.
“Helikopterin qəzaya uğramasının əsas səbəbi ərazidə
tutqun hava şəraiti, iqlim, sıx duman kütləsinin olmasıdır. Bu səbəbdəndə helikopter
qayalığa dəyib” Baş Qərargahdan vurğulanıb.
Qeyd edək ki, 2024-cü ilin mayın 19-da İran Prezidenti
İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzası nəticəsində həlak
olublar.
Aynur TAC
tag: İbrahim Rəisi, İran,Helikopter,Qəza,todaypress.az,