I Aram Azərbaycanda həbsdə olan siyasi liderlər üçün İrandan kömək istədi

Dünya

19.06.2024 00:46

Ermənistanda Böyük Klikiya Evinin katolikosu I Aram  İranın Livandakı səfiri Müctəb Əmanidən Azərbaycandakı hərbi əsirlərin qaytarılması məsələsində Tehandan vasitəçi olmağı xahiş edib.

TodayPress Sputnik Ermənistan-a istinadla xəbər veriri ki, iyunun 18-də katolikosla səfir arasında baş tutan görüşdüə  Qarabağ sakinlərinin geri qayıtmaq hüququnun reallaşdırılması imkanları, eləcə də Azərbaycanda saxlanılan məhbusların geri qaytarılmasının zəruriliyi müzakirə edilib. Həmçinin hazırda Azərbaycanda həbsdə olan “Dağlıq Qarabağ”ın üç  qondarma liderinin, Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanın, həmçinin keçmiş dövlət naziri Ruben Vardanyan, DQ Müdafiə Ordusunun keçmiş komandan müavini David Manukyan, Müdafiə Ordusunun keçmiş komandanı Levon Mnatsakanyan və Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri David Babayanın Ermənistana qaytarılması üçün Tehranın vasitəçisi olmasını xahiş edib.

GÜNEL

tag: Erməni katolikosu, Tehran, İran səfiri,I Aram, Arayik Artuniyan, todaypress.az,