Husilərin Təl-Əvivə hücumu nəticəsində 16 nəfər yaralandı

Dünya

21.12.2024 13:00

Yəməndən dekabrın 21-i səhər saatlarında Təl-Əvivə endirilən raket zərbəsi nəticəsində 16 nəfər yaralanıb.

TodayPress bu barədə "Reuters"ə istinadən xəbər verir.

"İsrail hərbçiləri Yəməndən atılan və Təl-Əvivə düşən mərminin qarşısını almaq cəhdinin uğursuz olduğunu bildiriblər. Milli tibb xidməti 16 nəfərin yüngül yaralandığını açıqlayıb" məlumatda bildirilib.

Husilər sözügedən hücum zamanı "Fələstin 2" adlı hipersəs ballistik raketdən istifadə olunduğunu bəyan ediblər.

"Raket hədəfi dəqiq vurub, müdafiə sistemləri heç nə edə bilməyib" husilərin nümayəndəsi Yəhya Sari deyib.

tag: Təl-Əviv, Partlayış, İsrail, Hərbi, todaypress.az,