Husilərin Təl-Əvivə endirdiyi zərbənin nəticələri məlum oldu

Dünya

25.12.2024 13:30

Yəmənin "Ənsar Allah" hərəkatının (Husilər) Təl-Əvivdə zərbəsindən sonra 200 yerdə həyəcan siqnalları işə salınıb. 

TodayPress xəbər verir ki, bu barədə “Al Masirah” məlumat yayıb.

"Təl-Əvivi vuran hipersonik raketdən sonra həyəcan siqnalı 200-dən çox yerdə çalınıb və iki milyon sakin sığınacaqlara getməyə məcbur olub" deyə telekanal bildirib.

İsrailin fövqəladə hallar xidmətləri raketin atılmasından sonra sığınacaqlara qaçan doqquz nəfərin yaralandığını təsdiqləyib.

Bundan əvvəl husilər "Fələstin-2" hipersəs ballistik raketi ilə Təl-Əvivə hücum etdiyini açıqlamışdı. Hərəkat əlavə edib ki, raket “hədəfinə uğurla çatıb”.

Töhfə Səməd

tag: Raket, Sakin, Sığınacaq, İsrail, todaypress.az,