Husilər Yəmən üzərində "MQ-9 Reaper" dronunu vurdular

Dünya

20.04.2025 08:47

13

Husilər Səna əyaləti üzərində ABŞ-nın "MQ-9 Reaper" kəşfiyyat və hücum pilotsuz təyyarəsini vurub.

TodayPress-in məlumatına görə, bunu Husilər hərəkatının silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriya "Al Masirah" telekanalının efirində bildirib.

"Hava Hücumundan Müdafiə Qüvvələrimiz Səna vilayətinin hava məkanında düşmənçilik missiyaları yerinə yetirən "MQ-9" pilotsuz təyyarəsini vurmağa nail olub. Təyyarə yerli istehsal olan "yer-hava" raketi ilə məhv edilib" hərəkatın sözçüsü bildirib.

Saria iddia edir ki, bu, son 24 saat ərzində Yəmən hava məkanında husilər tərəfindən vurulan ikinci "MQ-9 Reaper"dir. 


tag: ABŞ, Yəmən, Husi, Yəhya Səriya, MQ-9, Pilotsuz, Təyyarə, todaypress.az,