Husilər Təl-Əvivə raket atdılar
Dünya
27.09.2024 17:52
Yəməndəki husi qiyamçıları İsrailin Təl-Əviv və Aşkelon şəhərlərindəki hərbi hədəflərə raketlər və pilotsuz uçuş aparatları atıblar.
TodayPress xəbər verir ki, bu barədə husilərin nümayəndəsi general Yəhya Sarı “X” sosial şəbəkəsində yazıb.
“Qüvvələrimiz Təl-Əviv bölgəsində hərbi hədəfə və Aşkelon ərazisindəki mühüm hədəfə hücum edib” paylaşımda qeyd edilib.
Onun sözlərinə görə, husilər Təl-Əvivə hücumda “Fələstin-2” ballistik raketindən, Aşkelona hücumda isə “Yaffa” dronundan istifadə ediblər.
Günəş Mərd
tag: Husilər ,Yəmən ,İsrail ,Təl-Əviv ,Aşkelon, todaypress.az,