Husilər Təl-Əvivə hipersonik raket hücumu həyata keçirdi
Dünya
21.12.2024 10:25
Yəmənin "Ənsar Allah" hərəkatının silahlıları İsrailin Tel-Əviv yaxınlığındakı hərbi obyektinə hipersonik ballistik raketlə hücum edib.
TodayPress xəbər verir ki, bu barədə husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sari bildirib.
“Yəmən Silahlı Qüvvələrinin raket qüvvələri "Fələstin 2" hipersəs ballistik raketi ilə Yaffa bölgəsində İsrailin hərbi hədəfinə hücum edib. Raket hədəfi dəqiq vurub" deyə Bəyanatı Husilərə məxsus "Al-Masirah" telekanalı yayıb.
Töhfə Səməd
tag: Yəmən, Fələstin, Raket, Hücum, todaypress.az,