Husilər Təl-Əvivə hipersəsli ballistik raketlərlə zərbələr endirdi

Dünya

19.12.2024 19:40

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər Təl-Əviv bölgəsində İsrailin hərbi hədəflərinə zərbələr endiriblər.

TodayPress xəbər verir ki, bu barədə "Al-Masirah" telekanalı məlumat yayıb. 

"Yəmən Silahlı Qüvvələrinin raket qoşunları hərbi əməliyyat keçirərək, iki "Fələstin-2" hipersəs ballistik raketi ilə İsrailin Yaffa (Təl-Əviv - red.) bölgəsindəki iki kritik hərbi obyektinə hücum edib. Əməliyyat uğurlu olub ", - deyə üsyançıların nümayəndəsi Yəhya Saria bildirib.

Onun sözlərinə görə, Təl-Əvivə raket zərbəsi İsrailin Yəmənə hücumu ilə eyni vaxtda endirilib.

tag: Yəmən,Ənsar Allah,Təl-Əviv,Yaffa,Yəhya Saria,todaypress.az,