Husilər Tel-Əviv yaxınlığındakı elektrik stansiyasına raket zərbəsi endirdilər
Dünya
03.01.2025 18:33
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri Təl-Əviv yaxınlığındakı İsrail elektrik stansiyasına hipersonik ballistik raketlə hücum edib.
TodayPress xəbər verir ki, bu barədə husi silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya bildirib. Onun bəyanatı hərəkatın nəzarətində olan “Al Masirah” telekanalı tərəfindən yayımlanıb.
"Yəmən Silahlı Qüvvələrinin raket qüvvələri İsrailə məxsus elektrik stansiyasına "Fələstin-2" hipersəs ballistik raketi ilə hücum edərək hərbi əməliyyat keçirib" Sariya vurğulayıb.
Onun sözlərinə görə, raket hədəfi dəqiqliklə vurub.
Günəş Mərd
tag: Yəmən, Raket ,Silah, Stansiya, todaypress.az,