Husilər Qırmızı və Ərəb dənizlərində üç gəmiyə hücum etdi

Dünya

29.10.2024 10:37

Yəməndəki “Ənsar Allah” hərəkatının üzvləri "Fələstin və Livan xalqlarının zülm üzərində qələbəsi simvolu" olaraq Qırmızı və Ərəb dənizlərində üç mülki gəmiyə hücum həyata keçirib.

TodayPress-in "Al Masirah" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sari məlumat verib.

Sarinin sözlərinə görə, hücumlar zamanı husilər cənubda yerləşən Ərəbistan dənizində “SC Montreal” və “Maersk Kowloon” gəmilərini hədəf almaq üçün pilotsuz uçuş aparatlarından istifadə edib. Həmçinin Qırmızı dənizdə yerləşən “Motaro” gəmisinə və Bab əl-Məndəb boğazına ballistik raketlər atılıb.

tag: Husilər, Yəmən, Fələstin, Livan, Motaro, todaypress.az,