Husilər Qırmızı dənizdə yük gəmisinə dəqiq zərbə endirdi

Dünya

28.06.2024 01:10

Yəmən husiləri (Ənsar Allah) Qırmızı dənizdə "Seajoy" gəmisini atəşə tutub.

TodayPress xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.

Malta bayrağı altında üzən yük gəmisi dronların, raketlərin və pilotsuz qayıqların köməyi ilə birbaşa və dəqiq vurulub.

Qeyd edək ki, bundan əvvəl  də husilər Hayfa limanında və Aralıq dənizində İsrailə aid beş gəmiyə hücum etmişdilər.

 GÜNEL

tag: Yəmən,Husilər, Qırmızı dəniz, Yük gəmisi, todaypress.az,