Husilər Qırmızı dənizdə tankerə hücum etdi

Dünya

03.09.2024 08:59

Husilər Qırmızı dənizdən keçən "I Blue Lagoon" tankerinə hücum edib. 

TodayPress xəbər verir ki, bu barədə təşkilatın hərbi nümayəndəsi Yəhya Saria  “Al Masirah” telekanalında bildirib. 

“Yəmən silahlı qüvvələri gəmi əleyhinə raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə "I Blue Lagoon"a qarşı əməliyyat keçirib” o qeyd edib.

Saria iddia edib ki, üsyançılar tankerin gövdəsinə birbaşa zərbə vurublar. Hücum gəminin sahibinin "işğal olunmuş Fələstinin limanlarına giriş qadağasını pozması" səbəbindən baş verib.

Günəş Mərd

tag: Husilər, Qızmızı Dəniz ,Yəmən ,Silah, Raketlər ,todaypress.az,