Husilər Qırmızı dənizdə ABŞ-nin təyyarədaşıyan gəmisinə zərbələr endirdi
Dünya
07.01.2025 07:32
Yəmən husiləri Qırmızı dənizdə Amerikanın “USS Harry Truman” təyyarədaşıyan gəmisinə raket və pilotsuz təyyarələrlə hücum edib.
TodayPress “Al Masirah” telekanalına istinadən xəbər verir ki, bu barədə husilərin sözçüsü Yəhya Sariya bildirib.
“Yəmənin raket qüvvələri və pilotsuz sistem qüvvələri birgə
hərbi əməliyyat keçirərək iki qanadlı raket və dörd PUA ilə Qırmızı dənizin
şimalında ABŞ-nin “USS Harry Truman” təyyarədaşıyan gəmisinə zərbələr endirib” Sariya
qeyd edib.
tag: Yəmən, Amerika, Husi, PUA, todaypress.az,