Husilər İsrailin ən böyük elektrik stansiyasına hücum etdilər

Dünya

05.01.2025 12:58

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər İsrailin şimal-qərbindəki "Orot Rabin" istilik elektrik stansiyasına raket zərbəsi endiriblər.

TodayPress "TASS"a istinadən xəbər verir ki, bu barədə Yəmən silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya husilərin nəzarətində olan “Əl Məsirə” telekanalının efirində bildirib. 

Onun sözlərinə görə, İsrailin ən böyük elektrik stansiyası "Fələstin 2" hipersəs ballistik raketi ilə hücuma məruz qalıb və əməliyyat öz məqsədinə çatıb. 

Günəş Mərd 

tag: Yəmən,Husilər,Hücum,Stansiya,Todaypress.az,