Husilər İsrailin daha bir bazasını vurdu
Dünya
11.11.2024 16:52
Husilər İsrailin Yaffa şəhəri yaxınlığında yerləşən hərbi bazaya raket zərbələri endirib.
TodayPress xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Sari məlumat yayıb.
Məlumata görə, zərbə “Fələstin 2” hipersəs ballistik raketi ilə endirilib və nəticədə bazada yanğın baş verib.
Qeyd edək ki, bir neçə gün öncə də husilər İsrailin Nevatim hərbi bazasına da “Fələstin 2” raketi ilə zərbə endirdiklərini açıqlamışdılar.
tag: Husilər, İsrail, Yaffa, Fələstin, Raket, todaypress.az,