Husilər İsrailə hipersonik raket atdılar

Dünya

15.09.2024 13:48

Husilər İsrailin Təl-Əviv şəhərindəki hərbi obyektinə hücum edib. 

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatının hərbi nümayəndəsi Yəhya Səriya bildirib.   

Onun sözlərinə görə, şəhərə hücum hipersonik ballistik raketlə həyata keçirilib. 

“Yəmən Silahlı Qüvvələrinin raket qüvvələri hərbi əməliyyat keçirərək Yaffa bölgəsindəki hərbi obyektə hücum edib. İsrailin müdafiə sistemləri onun qarşısını ala bilmədi” Səriya qeyd edib. 

 Günəş Mərd 

tag: Husilər,Yəmən,İsrail,Raket,Todaypress.az,