Husilər BMT əməkdaşlarını girov götürdülər

Dünya

25.01.2025 01:56

Yəmənin şimalında hakim olan "Ənsar Allah" (husilər) hərəkatı BMT əməkdaşlarının daha bir qrupunu oğurlayıb.

TodayPress xəbər verir ki, bu barədə BMT-nin bu gün verdiyi bəyanatda bildirilib.

Məlumata görə, onlar husilərin nəzarətində olan ərazilərdə işləyiblər. Təşkilatın ələ keçirilmiş nümayəndələrinin dəqiq sayı açıqlanmır.

"BMT-nin Yəməndəki əməkdaşları husi rəhbərliyi ilə fəal əməkdaşlıq edərək bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirlər" bəyanatda qeyd olunub.

Husilər sözügedən məsələyə münasibət bildirməyiblər.

 

tag: BMT, Girov, Husi, Yəmən, Əməkdaş, todaypress.az,