Husilər BMT əməkdaşlarını girov götürdü

Dünya

07.06.2024 16:11

“ƏnsarAllah” silahlı qruplaşması BMT agentliklərində işləyən azı 9 nəfəri saxlayıb. 

TodayPress xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

Saxlanılanlar arasında BMT-nin İnsan haqları ofisinin və BMT-nin xüsusi nümayəndəsinin ofisinin əməkdaşları, Dünya Ərzaq Proqramının işçiləri var. 

Husilərin bu cür hərəkətlərinin səbəbləri barədə məlumat verilmir.

tag: Husilər, BMT, Girov, ƏnsarAllah, todaypress.az,