Husilər Ben Qurion hava limanına zərbə endirdilər
Husilər Tel-Əvivdə yerləşən Ben Qurion hava limanına hipersonik ballistik raketlə zərbə endirdiklərini bildiriblər.
TodayPress xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Sariya məlumat yayıb.
Onun sözlərinə görə, bu, son 24 saat ərzində hava limanına edilən üçüncü raket hücumudur. Hücum nəticəsində hava limanının fəaliyyəti təxminən bir saat dayandırılıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Husilər bəyan ediblər ki, İsrailin Qəzza zolağına qarşı hərbi əməliyyatları bitmədikcə, onlar da Fələstin xalqına dəstək olaraq hücumları davam etdirəcəklər.
Türkan İsgəndərli
tag: Yəmən,Tariq Saleh,Husi,ABŞ,todaypress.az,