Husilər ABŞ gəmilərinə zərbələr endirdiyini iddia edir

Dünya

21.04.2025 15:14

5

Yəmənin “Ənsar Allah” hərəkatı “Harry Truman” və “Carl Vinson”, həmçinin onları müşayiət edən hərbi gəmilərə hücum edib.

TodayPress xəbər verir ki, bu barədə husilərin silahlı birləşmələrinin sözçüsü Yəhya Sarya bəyanat yayıb.

“Raket qoşunları və pilotsuz sistemlərdən ibarət qüvvələr Qırmızı dənizin şimal hissəsində iki qanadlı raket və iki PUA ilə “Harri Truman” aviadaşıyıcısı və onunla əlaqəli gəmilərə hücum edib. İkinci əməliyyat isə Ərəb dənizində hərbi-dəniz qüvvələri, raket qoşunları və pilotsuz sistemlərdən ibarət qüvvələr tərəfindən, üç qanadlı raket və dörd PUA-dan istifadə etməklə “Carl Vinson” və onunla əlaqəli gəmilərə qarşı həyata keçirilib” deyə “Ənsar Allah” hərəkatının nümayəndəsi bildirib.

O, əməliyyatın uğurla nəticələndiyini iddia edir.

tag: ABŞ,Yəmən,Husilər,Gəmi,Zərbə,Todaypress.az,