Hüquq birlikləri Baydeni məhkəməyə verdi

Dünya

13.06.2024 23:31

Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU ) və bəzi hüquq birlikləri ABŞ prezidenti Co Baydeni məhkəməyə verib.

TodayPress Amerika mediasına istinadla xəbər verir ki, ABŞ prezidenti Co Baydenin ölkənin cənub sərhədini qeyri-qanuni mühacirlərin girişi üçün müvəqqəti bağlayan sərəncamı ölkədəki aparıcı insan haqları müdafiəçilərini qəzəbləndirib. Baydenin bu addımını qəbul etməyən hüquq birlikləri onu məhkəməyə verib.

ACLU-nun məsələ ilə bağlı verdiyi açıqlamada Bayden administrasiyasının verdiyi qərarın 2018-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Trampın immiqrasiya qadağası qərarından heç bir fərqi olmadığı və məhkəməyə müraciət etməkdən başqa seçimlərinin olmadığı vurğulanıb.

ACLU və bəzi hüquq qrupları, Bayden administrasiyasının qeyri-qanuni immiqrantların və qaçqınların ölkəyə girişini tənzimləyə biləcəyini iddia edir, lakin bu girişləri qadağan edəcək bir addım Konstitusiyanın müvafiq hissələrinə ziddir.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden iyunun 4-də imzaladığı fərmanla Meksika sərhədini qeyri-qanuni mühacirlərin girişinə müvəqqəti bağlayıb.

 GÜNEL

tag: Co Bayden, Hüquq Birlikləri, Donald Tramp, İmmiqrant, todaypress.az,