Hücum edilən ABŞ prezidentləri - 4-ü öldü, 5-i sağ qaldı

Dünya

14.07.2024 13:31

ABŞ-də qatıldığı mitinq zamanı hücuma məruz qalan və qulağından yaralanan keçmiş ABŞ prezidenti Donald Tramp ölkə tarixində hücuma məruz qalan prezidentlər və prezidentliyə namizədlər siyahısına əlavə edilib. 

TodayPress ABŞ tarixində sui-qəsdə məruz qalan digər ABŞ liderlərini təqdim edir. 

Abraham Linkoln - 14 aprel 1865-ci ildə Vaşinqtonda silahlı hücum nəticəsində həyatını itirib. 

Ceyms Qarfild - 2 iyul 188-ci ildə silahlı hücumda ağır yaralandıqdan sonra ölüb.

Vilyam Mak-Kinli- 6 sentyabr 1901 Nyu-Yorkda çıxışından sonra insanlarla əl sıxarkən güllələnib. 

Con Kennedi - 22 noyabr 1963-cü ildə Dallasa səfəri zamanı ona silahla hücum edilib.

Teodore Ruzvelt - 1912-ci il oktyabrın 14-də sinəsindən güllə yarası aldığı hücumdan sağ çıxıb.

Cerald Ford - 1975-ci ilin sentyabrında sui-qəsd cəhdlərindən heç bir xəsarət almadan sağ çıxıb. 

Ronald Reyqan - 30 mart 1981-ci il ildə Vaşinqtonda silahlı hücum nəticəsində yaralanıb. 

Corc Buş - 2005-ci il mayın 10-da Tbilisidə çıxışı zamanı ona atılan əl qumbarası partlamayıb. 


Günəş Mərd

tag: ABŞ,Donald Tramp,todaypress.az,lider,sui-qəsd,