“Honda”-dan “Nissan”a təklif

Dünya

04.02.2025 19:55

Yaponiyanın avtomobil istehsalçısı “Honda Motor” daha bir iri yerli avtomobil istehsalçısı “Nissan Motor”a müəssisəsiləri birləşdirərək eyni holdinqdə olmağı təklif edib. 

TodayPress xəbər verir ki, bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb. 

İki avtomobil konserni arasında təklif olunan ittifaq yapon analitikləri tərəfindən elektrikli avtomobil satışı sahəsində Çin avtomobil istehsalçıları ilə artan rəqabətə cavab olaraq qiymətləndirilib.

Maraqlıdır ki, 2024-cü ilin dekabrında rəsmi olaraq elan edilən orijinal plan, ortaq holdinq yaratmaqla iki korporasiyanın biznesinin inteqrasiyasını nəzərdə tutub. 

“Nissan”ın “Honda”nın təklifinə necə cavab verməyi planlaşdırdığı hələlik məlum deyil.

Birləşmə baş verərsə, qlobal avtomobil sənayesi Yaponiyanın “Toyota” və Almaniyanın “Volkswagen” şirkətlərindən sonra dünyanın üçüncü ən böyük korporasiyasını yaradacaq. 

Mütəxəssislərin fikrincə, belə bir addım qlobal elektromobil bazarında lider olan Amerikanın “Tesla” və Çinin “BYD” şirkətləri ilə daha aktiv rəqabət üçün investisiyaları cəlb edəcək. 

Nicat Osman

tag: honda,nissan,yaponiya,çin,todaypress.az,