Hollandiya Ukrayna üçün 271 milyon avro ayıracaq
Hollandiya Kiyevə sursat tədarükü üçün 271
milyon avro ayıracaq.
TodayPress bu barədə baş nazir
Dik Şofa istinadən yazıb.
“Biz
daha böyük çaplı artilleriya mərmiləri tədarük edəcəyik. Hollandiya bu məqsədlər
üçün 271 milyon avro ayıracaq” baş nazir bildirib.
Şof
qeyd edib ki, Hollandiya Ukraynaya silah-sursat
tədarükünü artırmaqla yaxşı addım atır.
O
əlavə edib ki, Hollandiya Danimarka və Çexiya ilə birgə mərmi göndərilməsi
layihəsi çərçivəsində fəaliyyət göstərir. Baş nazir həmçinin Avropanı silah
istehsalının miqyasını artırmağa çağırıb.
Oktyabrın
11-də Almaniya kansleri Olaf Şolz Ukraynaya hərbi yardım üçün 600 milyon avro
ayrıldığını açıqlayıb.
Aynur TAC
tag: Hollandiya, Ukrayna, Rusiya, Danimarka, Çexiya, Dik Şof ,todaypess.az,