Hollandiya Macarıstanı boykot etməyə çağırdı

Dünya

19.07.2024 09:37

1348

Hollandiya Nümayəndələr Palatasının üzvləri Macarıstan lideri Viktor Orbanın Rusiya prezidenti Vladimir Putinlə danışıqlar üçün Moskvaya səfəri ilə əlaqədar Avropa İttifaqı Şurasına (Aİ Şurası) sədrliyi dövründə Macarıstan görüşlərini boykot etməyə çağırıb. 

TodayPress xəbər verir ki, bu barədə parlament üzvlərinin Hollandiya hökumətinə müraciətində qeyd olunub. 

“Orbana Avropa İttifaqı adından hərəkət etmədiyinə dair aydın siqnal göndərmək üçün Macarıstandakı görüşləri boykot etməyə hazırsınızmı?”.

Müraciət müəllifləri, həmçinin Macarıstanın son həftələrdəki hərəkətlərinin Aİ-nin Rusiyaya qarşı birliyinə xələl gətirdiyini bildiriblər. 

Qeyd edək ki, iyulun 1-dən Macarıstanın Aİ Şurasına sədrliyi başlayıb. O vaxtdan bəri Orban Ukrayna lideri Volodimir Zelenski, Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Cinpin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşüb.

Günəş Mərd

tag: Hollandiya, Macarıstan, Aİ,Türkiyə, Rəcəb Tayyib Ərdoğan, todaypress.az,