Holan yüksəkliklərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatdı
Dünya
28.07.2024 04:06
Holan yüksəkliklərində Məcdəl
Şəms qəsəbəsinə raket hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb.
TodayPress
İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə ordusunun rəsmi
nümayəndəsi Daniel Haqari məlumat verib.
“Raket 12 uşaq və yeniyetmənin
ölümünə səbəb olub” deyə o, hadisə yerinə yaxın ərazidə jurnalistlərə bildirib.
Daha əvvəl İsrailin Baş naziri
Binyamin Netanyahu ölkəsinin bu ağır hücumu cavabsız qoymayacağını və
“Hizbullah”ın bunun üçün hələ ödəmədiyi ən yüksək bədəli ödəyəcəyini
vurğulayıb. İsrailin xarici işlər naziri İsrael Kats isə bildirib ki, ölkəsi
"Hizbullah" və Livanla genişmiqyaslı müharibəyə yaxınlaşıb.
tag: İsrail, Livan, Qəzza, Holan, todaypress.az,