Hoffman: “Öncə sülh, sonra hərbi məsələlər”

Dünya

17.02.2025 19:15

Almaniya hökuməti hesab edir ki, Ukraynada hərbi qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə etməzdən əvvəl münaqişənin həlli ilə bağlı razılıq əldə olunmalıdır. 

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Kristiane Hoffman danışıb.

“Biz dəfələrlə vurğulamışıq ki, ilk növbədə Ukraynada sülhün bərqərar olub-olmadığını və hansı formada olacağını görməliyik” deyə o, bildirib.

Hoffman əlavə edib ki, yalnız bundan sonra şərtlər və prosesin necə təşkil olunacağı müzakirə edilə bilər.

Qiymət Mahir

tag: Almaniya ,Ukrayna,Kristiane Hoffman,todaypress.az,