“Hizbullah”ın yeni lideri təyin edildi

Dünya

30.09.2024 10:54

"Hizbullah" hərəkatına yeni lider təyin edilib.

TodayPress xəbər verir ki, hərəkatın yeni Baş katibi postuna Haşem Safi ad-Din seçilib. 

O, sentyabrın 27-də Beyruta aviazərbələr nəticəsində ölən "Hizbullah" lideri Həsən Nəsrullahın yaxın qohumudur. 

Haşem Safi ad-Din bu təyinatdan əvvəl hərəkatın İcra Şurasının rəhbəri olub. 

Xatırladaq ki, "Hizbullah" hərəkatının Mətbuat xidməti Həsən Nəsrullahın İsrail ordusunun endirdiyi aviazərbələr nəticəsində həlak olduğunu təsdiq edib.

tag: Hizbullah ,Beyrut ,Zərbələr ,Həsən Nəsrullah ,İsrail,Haşem Safi Ad-Din ,todaypress.az,