“Hizbullah”ın səhra komandiri məhv edildi
Dünya
03.08.2024 15:54
İsrail Müdafiə Qüvvələri (İDF) “Hizbullah”ın əsas komandirlərindən biri olan Əli Nazia Əbd Əlinin Tire yaxınlığındakı Əl-Bəzuriya bölgəsində məhv edildiyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, sözügedən yaraqlı Livanın cənubunda fəal olub, terror aktlarının planlaşdırılması və həyata keçirilməsində iştirak edib.
Onun zərərsizləşdirilməsi ilə “Hizbullah”ın bölgədəki qüvvələrinin gücünün zəifləcəyi proqnozlaşdırılır.
Günəş Mərd
tag: israil, Hizbullah, İDF, Livan, Terror,todaypress.az,