“Hizbullah"ın rabitə bölməsinin komandiri öldürüldü?

Dünya

04.10.2024 16:35

Beyrutda İsrailin hava hücumu nəticəsində "Hizbullah"ın rabitə bölməsinin komandiri Məhəmməd Rəşid Səqafi öldürülüb.

TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Səqafi 2000-ci ildən "Hizbullah"ın kommunikasiyalarına rəhbərlik edib və qruplaşmanın üst bölmələrinə yaxın biri olub. O, bütün əməliyyatlarda "Hizbullah"ın bölmələri arasında əlaqə imkanlarını inkişaf etdirmək, məlumat axınını saxlamaq üçün əhəmiyyətli səylər göstərib. 

Qeyd edək ki, “Hizbullah” tərəfi məlumatı hələ ki, təsdiqləməyib. 

Töhfə Səməd

tag: Beyrut ,İsrail ,Hücum ,Hizbullah ,Əməliyyat ,Səqafi ,todaypress.az,