"Hizbullah"ın komandiri öldürüldü

Dünya

27.03.2025 16:04

2307

İsrail Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində "Hizbullah" təşkilatının Radvan bölməsinin komandiri öldürülüb.

TodayPress xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri (İDF) məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda "Hizbullah"ın Radvan batalyonunun komandiri Əhməd Adnan Baciqanı öldürüb.

Öldürülən şəxs son aylarda İsrailin arxa cəbhəsinə qarşı terror hücumlarına rəhbərlik edib, İsrail və onun mülki əhalisi üçün təhlükə yaradıb.

Ordu İsrail dövlətinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyət göstərməyə davam edəcək" deyə məlumatda qeyd olunub.

tag: İsrail,Hizbullah,Komandir,Ölüm,Todaypress.az,