“Hizbullah”ın döyüş kompleksi ələ keçirildi

Dünya

08.10.2024 17:10

İsrail qoşunları Livanın cənubundakı Marun ər-Ras kəndində “Hizbullah”ın hərbi obyektini ələ keçirdiyini açıqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, söhbət İsrailin sərhəd yaşayış məntəqələrinə baxan təpədə yerləşən Marun ər-Rasda “Hizbullah” birləşmələrinin döyüş kompleksindən gedir. Obyekt Cənubi Livanda keçirilən əməliyyat zamanı Qolani Briqadasının əsgərləri tərəfindən aşkar edilərək nəzarətə götürülüb. Hərbçilərin fikrincə, o, İsrailin şimalında yaşayanlar üçün birbaşa təhlükə yaradır.

Bundan əlavə, orada “Hizbullah”ın istifadə etdiyi yeraltı infrastruktur obyektləri, terrorçuların sığınacaqları, yaşayış və məskunlaşma yerləri, içərisində atıcı silahlar, kamuflyaj torları, zirehlər və tank əleyhinə raketlər də daxil olmaqla silah anbarları müəyyən edilib. Mətbəxdə gizlədilən atıcı qurğular da tapılaraq məhv edilib.

Töhfə Səməd

tag: Hizbullah ,Livan ,İsrail ,Zireh ,todaypress.az,