"Hizbullah"ın bazalarına hücum edildi

Dünya

03.08.2024 01:26

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr "Hizbullah"ın Suriyadakı bazalarına ən azı üç reyd keçirib.

TodayPress xəbər verir ki,  bu barədə "Əl-Cəzirə" telekanalı  məlumat yayıb. 

Homs əyalətinin Əl-Quseyr şəhərinin kənarında raket hücumları həyata keçirilib.

Yer hədəflərinin birbaşa vurulması nəticəsində bir neçə yerdə yanğınlar başlayıb.

Həmçinin hücuma məruz qalan sərhəddə yerləşən Seyid Əli kəndinə hücum zamanı güclü partlayış səsləri eşidilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Günəş Mərd

tag: Hizbullah, Israil, Suriya, Hava hücumu, Raket zərbələri, todaypress.az,