“Hizbullah”dan yeni hökumətə dəstək
Dünya
11.12.2024 13:06
“Hizbullah” yeni hökumət hakimiyyətə gəldikdən sonra Suriyaya dəstəyini davam etdirəcək.
TodayPress xəbər verir ki, bu barədə adı çəkilən təşkilatın mətbuat xidməti məlumat yayıb.
“Biz Suriyanın və onun xalqının öz gələcəyini təyin etmək və İsrailə müqavimət göstərmək üçün dəstək olacağıq” deyə bildirilib.
Hərəkat ölkə daxilində vəziyyətin sabitləşməsinə, eləcə də Dəməşqin “İsrail işğalına” qarşı möhkəm mövqe tutacağına ümid etdiyini bildirib.
“Hizbullah” İsrailin Suriyanın hərbi infrastrukturuna hücumunu pisləyib və beynəlxalq ictimaiyyəti “bu təcavüzü dayandırmağa və Suriya xalqını tarixinin kritik və dönüş nöqtəsində qorumağa” çağırıb.
Töhfə Səməd
tag: İsrail, Dəməşq, Hizbullah, Xalq, todaypress.az,