"Hizbullah"a peycer satan şəxs beynəlxalq axtarışa verildi
Dünya
27.09.2024 02:29
Norveç
Daxili İşlər Nazirliyi "Hizbullah"a peycer satmaqda şübhəli
bilinən və sonra partlayış törədən 39 yaşlı ölkə vətəndaşı Rinson Xoseni
beynəlxalq axtarışa verib.
TodayPress xəbər verir ki, bu barədə "Routers" məlumat yayıb.
Qeyd olunur ki,
Xose ötən həftə ABŞ-yə iş səfəri zamanı yoxa çıxıb. Həmin şəxs
Bolqarıstanda şirkət qurb və bu şirkət Livandakı peycerlər üçün
təchizat zəncirinin bir hissəsi olub. Sentyabrın 17-də Xose Bostonda konfransa
gedib və ondan sonra norveçlini işə götürən şirkəti onunla əlaqə
saxlaya bilməyib.
Bolqarıstan
reyestrinə görə, Rinson Xose Sofiyada "Norta Global Ltd" şirkətini
təsis edib. KİV-in məlumatına görə, Hizbullah tərəfindən satın alınan peycerlər
"Norta Global Ltd"nin olub.
tag: ABŞ, Xose, HƏMAS, Hizbullah, todaypress.az,