"Hizbullah" təsdiqlədi: Həsən Nəsrullah öldürülüb
Dünya
28.09.2024 16:01
"Hizbullah" Şeyx Həsən Nəsrullahın öldürüldüyünü rəsmən təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə "Hizbullah" bəyanat yayıb.
Bildirilib ki, "Hizbullah" İsraila qarşı mübarizəni davam etdirəcək.
Qeyd edək ki, əvvəl yayılmış məlumatlarda Həsən Nəsrullahın İsrailin dünən Livanın paytaxtı Beyrutu bombalaması nəticəsində öldürüldüyü bildirilmişdi. Bombardmanda Nəsrullahın qızı Zeynəbin və "Hizbullah"ın daha bir neçə yüksək vəzifəli üzvünün öldürüldüyü də açıqlanmışdı. Həsən Nəsrullah 1992-ci ildən "Hizbullah"a rəhbərlik edirdi.
tag: Hizbullah ,Şeyx Həsən Nəsrullah ,İsrail, Bəyanat ,Beyrut, todaypress.az,