“Hizbullah” Netanyahunun iqamətgahına hücumu öz üzərinə götürdü
Dünya
22.10.2024 18:25
Livanın “Hizbullah” hərəkatı İsrailin Baş naziri Binyamin Netanyahunun Təl-Əvivdəki şəxsi iqamətgahına edilən hücuma görə bütün məsuliyyəti öz üzərinə götürüb.
TodayPress “RİA”aya istinadən xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, oktyabrın 19-da “Hizbullah”a məxsus pilotsuz uçan aparat Netanyahunun Qeysəriyyə şəhərindəki iqamətgahına hücum edib.
Zərbə zamanı o, orada olmayıb və heç kim xəsarət almayıb. Hücum zamanı şəhərdə hava hücumu sirenası səslənib.
Günəş Mərd
tag: Livan, Hizbullah, İsrail, Baş Nazir, Netanyahu, Təl-Əviv, todaypress.az,