“Hizbullah” Livanın cənubunu boşaltmağa çağırdı
“Hizbullah” rəhbərliyi sentyabrın 13-ü səhər saatlarıında Livanın cənubundakı sakinləri təxliyə etməyə çağırıb.
TodayPress xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.
Qeyd olunub ki, bu çağırış “Hizbullah”ın yaxın günlərdə İsraillə müharibəni daha da alovlandırmağa hazırlaşdığını göstərir.
Xatırladaq ki, ötən gecə Livandan İsrailin Safed bölgəsi istiqamətində 20-dən çox raket atılıb. Xəsarət alan olmasa da bir neçə binaya ziyan dəyib.
Günəş Mərd
tag: Hizbullah, Rəhbərlik, Livan ,İsrail, Xəsarət, todaypress.az,