“Hizbullah” liderinin qızı həlak oldu
Dünya
28.09.2024 10:00
“Hizbullah”ın baş katibi Şeyx Həsən Nəsrullahın qızı Zeynəb İsrailin hava hücumları nəticəsində Beyrutun cənubunda həlak olub.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
Qeyd olunub ki, Zeynəb hərəkata və onun məqsədlərinə sadiq olduğunu açıq şəkildə nümayiş etdirib.
Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda "Hizbullah"ın raket bölməsinin komandiri Məhəmməd Əli İsmayılı məhv edib. Həmçinin komandirlərdən birinin müavini Hüseyn Əhməd İsmayıl da sıradan çıxarılıb.
Töhfə Səməd
tag: Hizbullah ,Şeyx Həsən Nəsrullah ,Zeynəb, İsrail ,Beyrut, todaypress.az,